Berdiməhəmmədov koronavirusdan müdafiə üçün ənənəvi üsulu açıqladı
Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib. "RİA Novosti"nin məlumatına görə, ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb.
"Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar", - deyə o bildirib.
Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi bu gün də davam edir. Onun sözlərinə görə, bu bitkinin tüstüsü müxtəlif virusların insan orqanizminə daxil olmasının qarşısını alır.
Qeyd edək ki, indiyə kimi Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 6538 Tarix: 14 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
7 noyabrİran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi
İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"
7 noyabr"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var. "Bloomberg" tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə məlumat yayıb. Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəz
6 noyabr